Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək - Seysmoloji Mərkəz

  23 Fevral 2020    Oxunub : 1313
 Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək - Seysmoloji Mərkəz
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RXSM) bu gün ölkə ərazisində baş vermiş zəlzələ ilə bağlı açıqlama yayıb.
Azvision.az -ın məlumatına görə, Mərkəzin Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələnin baş verdiyi ərazi seysmik bölgədir:

"Bir az əvvəl Türkiyə-İran sərhədində daha güclü bir zəlzələ baş verib - saat 20:00-da (Ml=5.9). Güclü zəlzələdir və zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub. Bu gün həmin ərazidə baş verən birinci zəlzələ də güclü idi (Ml=5.8). Birinci zəlzələnin fəsadları ilə bağlı artıq hər iki ölkədən məlumatlar var.

Məlumat üçün deyim ki, zəlzələnin baş verdiyi ərazi seysmik bölgədir və həmin ərazidə əvvəllər də belə zəlzələlər baş verib. Bugünkü güclü təkanlardan sonra yəqin ki, orada prosesin zəlzələ ocağı sönənə qədər davam edəcəyi istisna deyil".

Azvision.az

Teqlər: Zəlzələ