DSK-nın qərarı qüvvədə saxlanıldı

  23 Fevral 2020    Oxunub : 1256
 DSK-nın qərarı qüvvədə saxlanıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi 34 saylı Xətai ikinci seçki dairəsindən qeydə alınan Baxışov Qəzənfər İsamməd oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi seçki günü pozuntuların olduğunu əsas gətirərək həmin dairə üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş edib: "Şikayət aidiyyatı üzrə dairə seçki komissiyasına göndərilib. DSK tərəfindən aparılan araşdırmalar zamanı şikayətdə göstərilən hallar təsdiqini tapmayıb. Bu səbəbdən şikayət təmin edilməməli, DSK-nın qərarı qüvvədə saxlanılmalıdır".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament