İranla sərhəddə məhdudiyyətlər tətbiq edildi

  23 Fevral 2020    Oxunub : 2129
İranla sərhəddə məhdudiyyətlər tətbiq edildi
Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Azvision.az -a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.

Azvision.az

Teqlər: DGK   İran   Gömrük