Daha bir məntəqənin nəticələri etibarsız sayıldı

  22 Fevral 2020    Oxunub : 1286
Daha bir məntəqənin nəticələri etibarsız sayıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 82 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizəd Məmmədov Fərid Murad oğlu və digərlərinin müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, şikayətçilər 46 seçki məntəqəsində müşahidənin aparılmasına normal şərait yaradılmaması, seçici siyahılarında olmayan şəxslərin səsvermədə iştirak etdiyini əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini xahiş ediblər:

“Araşdırma zamanı müəyyən olunub ki, 3 saylı məntəqədən başqa digər məntəqələrdə pozuntular müəyyən olunmayıb. Hesab edirik ki, həmin məntəqədə seçicilərin iradəsini əks etdirməyən hal müəyyən olunub. Ona görə 3 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   Parlament