Daha 1 məntəqədə seçkinin nəticələri ləğv edildi

Daha 1 məntəqədə seçkinin nəticələri ləğv edildi
  22 Fevral 2020    Oxunub:1869
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd İsayev Anar Rafiq oğlunun səlahiyyətli nümayəndəsi Əliyev Taleh Məhəmməd oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində məlum olub ki, 9 saylı məntəqədə pozuntular aşkarlanıb. Ona görə şikayət qismən təmin olunmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti