MSK DSK-nın qərarını qüvvədə saxladı

MSK DSK-nın qərarını qüvvədə saxladı
  22 Fevral 2020    Oxunub:1916
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Poladzadə Tahir Əhəd oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçi müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində məlum olub ki, şikayətlər təsdiqini tapmır. Bu səbəbdən müraciət təmin edilməsin və dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılsın”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   DSK   Parlament  





Xəbər lenti