MSK-nın növbəti iclası başlayıb

  22 Fevral 2020    Oxunub : 1401
MSK-nın növbəti iclası başlayıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
Azvision.az xəbər verir ki, iclasda 9 fevral 2020-ci ildə keçirilən Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxılır.

Hazırda MSK-da 50-dən artıq müraciət baxılması üçün araşdırma mərhələsindədir. 20 müraciət bu günə təyin olunan iclasda müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 29 fevral 2020-ci ilədək Milli Məclisə seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Azvision.az

Teqlər: MSK   İclas