Fərəc Quliyev təkrar seçkiyə qatılacaq

Fərəc Quliyev təkrar seçkiyə qatılacaq
  22 Fevral 2020    Oxunub:3835
“Mehman Hüseynovun haqqımda hazırladığı materialın montaj olduğunu etiraf etməsindən sonra ictimai rəydə imicimi zədələyən məsələlər aradan qalxdı. İndi daha ciddi şəkildə, hətta bir qədər üstün vəziyyətdə seçkiyə girmək imkanlarım yaranıb və bundan istifadə edəcəyəm”.
Bunu Azvision.az -a müsahibəsində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin hazırki deputatı Fərəc Quliyev deyib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri etibarsız hesab olunan 4 dairədən birində təkrar seçkilərə qatılacaq:

“Təkrar seçkiyə özümün də, partiyamızın digər üzvlərinin də qatılmasında maraqlıyam. Əhval-ruhiyyəmiz bundan ibarətdir. Hələlik hansı dairədən namizədliyimi irəli sürəcəyimi müəyyənləşdirməmişəm. Ancaq nəticələri etibarsız hesab olunan dairələrdə çox güclü rayon təşkilatlarımız mövcuddur. Bu məsəl%C


Teqlər: Seçki   MSK   Parlament   Deputat  





Xəbər lenti