Xocalı soyqırımının 28-cı ilinə hazırlıq - FOTOLAR

  23 Fevral 2020    Oxunub : 2044
Xocalı soyqırımının 28-cı ilinə hazırlıq - FOTOLAR
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisindəki “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri aparılır.

Azvision.az xəbər verir ki, yaxınlıqdakı yaşayış binaları və obyektlərin fasadlarına Xocalı faciəsini əks etdirən bannerlər quraşdırılır.
Bununla yanaşı, anım günündə ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında abadlıq işləri görülür.

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.













FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Xocalə   Soyqırım