Bakıya 4 yeni metro qatarı gətiriləcək

Bakıya 4 yeni metro qatarı gətiriləcək
  22 Fevral 2020    Oxunub:2774
Cari ilin may ayında Bakıya 4 yeni metro qatarı gətiriləcək.
Bunu Azvision.az -a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu il ölkəmizə 20 vaqonun gətirilməsi planlaşdırılır: "Mayda 4 qatar, ümumilikdə 20 vaqonun paytaxta gətirilməsi nəzərdə tutulur".

Azvision.az



Teqlər: Metro   Qatar   Vaqon  





Xəbər lenti