MSK daha 1 məntəqənin nəticələrini ləğv edib

MSK daha 1 məntəqənin nəticələrini ləğv edib
  22 Fevral 2020    Oxunub:2323
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Əbilov Ramin Rəsul oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Şikayətçinin ərizəsi araşdırıldıqdan sonra məlum olub ki, həmin dairənin 26 saylı məntəqəsində səslərin sayılmasında pozuntulara yol verilib. Ona görə şikayət qismən təmin olunmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti