İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub - FOTOLAR

   İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub -  FOTOLAR
  21 Fevral 2020    Oxunub:2835
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.
Azvision.az xəbər verir ki, Romanın Kuirinale Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olunub.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola salıblar.



























Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Roma  





Xəbər lenti