Bakıda bayram çadırlarının qurulmasına başlanılıb
Qeyd edək ki, Novruz bayramı ilə bağlı hər il Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün şəhərin bir sıra yerlərində, ilk növbədə metro stansiyalarının yaxınlığında bayram çadırları quraşdırılır. Yarmarkalarda mağazalara nisbətən ucuz və keyfiyyətli məhsulların satışa çıxarılacağı deyilir.
Aytən Zəhra
Azvision.az