Pozuntu aşkar edilən 4 məntəqə ilə bağlı qərar

 Pozuntu aşkar edilən 4 məntəqə ilə bağlı qərar
  21 Fevral 2020    Oxunub:2933
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Toğrul Vəliyevin müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, şikayət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, şikayətçi həmin seçki dairəsinin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı bəlli olub ki, 17, 23, 25 saylı məntəqələrin protokollarında pozuntular var. Sosial şəbəkələrdə yayılan görüntünün araşdırılması zamanı 14 saylı seçki məntəqəsində səslərin sayılmasında pozuntuya yol verildiyi müəyyənləşib. Bu səbəbdən iddia qismən təmin edilməli və 4 seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti