Daha bir məntəqənin nəticələri ləğv edildi

Daha bir məntəqənin nəticələri ləğv edildi
  20 Fevral 2020    Oxunub:2047
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci seçki dairəsindən daxil olan müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, şikayət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi deputatlığa qeydə alınmış namizəd Sitarə Zeynalova seçki dairəsinin nəticələrinin ləğvini tələb edib: “Ekspert qrupunun araşdırması zamanı məlum olub ki, 8 saylı məntəqədə qanun pozuntusu var. Ona görə dairənin həmin məntəqəsinin nəticələrinin ləğvini təklif edirəm”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti