“Xəstə ölümündə həkimin günahı varsa, işdən çıxarılır” - Agentlik sədri
Z.Əliyevin sözlərinə görə, ölümdə həkim səhlənkarlığı ilə bağlı məqam varsa, xəstəxananın səlahiyyəti tibb işçisinə töhmət verməkdən ibarətdir.
“Bu, həm də qeydə alınan ölüm faktının ağırlıq dərəcəsindən asılıdır. Belə halda həmin şəxs tutduğu vəzifəsindən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlara təqdim edilir. Artıq məhkəmə-tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komisiyyaları məsələyə müdaxilə edir. Aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir. Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə məsuliyyətinə cəlb olunur. Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir”.
Agentlik rəsmisi onu da qeyd edib ki, ölüm faktında həkim və tibbi personalın günahı sübuta yetirildiyi təqdirə, onlar tutduqları vəzifədən kənarlaşdırılırlar.
Aytən Zəhra
Azvision.az