Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır

   Hacı Zeynalabdin Tağıyevin heykəli artıq hazırdır
  20 Fevral 2020    Oxunub:3891
“Ötən gün komissiya üzvləri Tağıyevin heykəlinə baxış keçirdilər və çox bəyəndilər. Mən heykəlin hazırlanma prosesini qurduğum qrafik əsasında tam yerinə yetirmişəm”.
Bunu Azvision.az -a açıqlamasında Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəllifi olan Xalq rəssamı Xanlar Əhmədov deyib.

Onun sözlərinə görə, yaxın bir neçə gün ərzində işlər yekunlaşacaq: “Heykəl artıq hazırdır, bəzi tamamlanma işləri qalıb. Həmin işləri bir neçə günə yekunlaşdıracağıq”.



X. Əhmədov heykəlin açılışnın vaxtının bəlli olmadığını deyib: “Novruz bayramında açılışın olacağını gözləyirdik. Ancaq hələlik vaxt dəqiqləşməyib. Mart ayının sonunda ola bilər. Bu, məndən asılı olan məsələ deyil. Heykəlin neçəyə başa gəldiyini demək çətindir. Dəqiq məbləğ hesablanmayıb”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tağıyev   Heykəl  





Xəbər lenti