Lənkəranda uşağı ölən ata həkimi döydü

Lənkəranda uşağı ölən ata həkimi döydü
  25 Dekabr 2013    Oxunub:1459
Lənkəranda qeysəriyyə əməliyyatı zamanı uşağı ölən ata doğum şöbəsinin müdirini döyüb.
Lənkəran şəhər baş polis idarəsindən AzVision.az-a verilən məlumata görə, ötən gün saat 21:36-da Lənkəran Mərkəzi Rayon Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev tərəfindən rayon prokurorluğuna xəstəxananın doğum şöbəsində Cəlilabad rayonu Əliqasımlı kənd sakini İsbarova Aynur Gülağa qızının doğuş zamanı uşağının ölməsi barədə məlumat daxil olub.

Həmçinin həmin tarixdə xəstəxanın doğum şöbəsinin müdiri Yeganə Nəhmətova ərizə ilə polis şöbəsinə müraciət edərək bildirib ki, əməliyyat edən həkim, xəstəxanaya gətirilən qadının yoldaşı Əkbərov Mirzəsəfər Xudam oğlu tərəfındən döyülüb.

Belə ki, həkim Mirzəsəfər Xudam oğluna uşağın ölməsi barədə məlumat verərkən, onunla doğum şöbəsinin müdiri Yeganə Nəhmətova arasında mübahisə yaranıb.

İlkin məlumata əsasən, rayon prokurorluğu tərəfindən meyitə baxış keçirilib.

Müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Cəlilabad rayonu sakini 7 aylıq hamilə İsbarova Aynur Gülağa qızı ötən gün saat 14 radələrində səhhətində olan problemlərlə əlaqədar xəstənxaya müraciət edib. Və həmin doğum şöbəsinin müdirü Yeganə Nəhmətova tərəfindən qeysəriyyə əməliyyatı olunmasına baxmayaraq, A.İsbarovanm bətnində olan uşaq ölü doğulub.

Faktla bağlı, rayon prokurorluğunda araşdırma aparılır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti