Baş konsul qalmaqala görə qəzəbləndi

Baş konsul qalmaqala görə qəzəbləndi
  25 Dekabr 2013    Oxunub:1138
“Rza Zərrabın həmişə azəri olduğunu, Bakıda doğulduğunu yazırlar. Bunu xüsusi ilə vurğulayırlar. Biz buna təəssüf edirik. Bunu qəsdən deyilmiş sözlər kimi qəbul edirik. Kim harada olursa olsun, onun cavabını verəcəyik”.

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov dekabrın 17-də həbs olunan iş adamı Rza Zərrabın Azərbaycan vətəndaşı olması ilə bağlı səslənən iddialara cavab verərkən deyib.

H.Zeynalov Türkiyə mətbuatında tez-tez azəri sözünün işlədilməsinə irad tutub:

“Türk mətbuatı gərək buna diqqət eləsin. Artıq başa düşmək lazımdır ki, “Azəri” deyə millət yoxdur. Biz azərbaycanlıyıq. Kökümüz də Azərbaycan türkləridir. Burada isə eləcə də azərilər, azərilər deyirlər. Amma, buna diqqət eləmək lazımdır. Bizim bir adımız var. Konstitusiyamızda bizim adımız bəllidir. Dünyada biz azərbaycanlıyıq, kökümüz də Azərbaycan türkləridir”-deyə, H.Zeynalov əlavə edib.

Baş konsul Rza Zərrabın Azərbaycan vətəndaşı olması ilə bağlı yayılan iddialara münasibət bildirib. O, qeyd edib ki, bu iddianı mətbuatdan öyrənib və buna təəsüflənib.

“Rza Zərrabın həmişə azəri olduğunu, Bakıda doğulduğunu yazdılar. Bunu isə xüsusi vurğuladılar. Biz buna təəssüf edirik. Bunu qəsdən deyilmiş sözlər kimi qəbul edirik. Kim harada olursa olsun, onun cavabını verəcəyik. Məhkəmə var. Bununla nə etmək istədiklərini başa düşmürük. Lakin biz bunu araşdırdıq. Onsuzda bilirdik, lakin yenə də araşdırdıq. Dünyada 60 milyondan çox Azərbaycan türkü var. Azərbaycanda 9,5 milyon Azərbaycanlı var. İranda, Rusiyada Azərbaycan türkləri var. O Azərbaycan türkü ola bilər. İran vətəndaşı bir Azərbaycan türkü ola bilir. Biz onu araşdırmadıq. Lakin öyrəndik ki, o Azərbaycan vətəndaşı deyil, O Azərbaycandan gəlməsi, burada biznes qurması xəbəri yalandır. Bunu sizin diqqətinizə çatdırıram”-deyə, Həsən Zeynalov əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti