“Məlumatların araşdırılmasında MSK özü maraqlıdır”

  18 Fevral 2020    Oxunub : 1356
 “Məlumatların araşdırılmasında MSK özü maraqlıdır”
"Sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmasında Mərkəzi Seçki Komissiyasının (MSK) özü maraqlıdır".
Azvision.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, MSK maraqlı olmasaydı, onları araşdırmaya qəbul etməzdi: "Sosial şəbəkələrdə yayılan məlumatlar 3,2 faiz məntəqini əhatə edir. Biz onların hamısını araşdırırıq. Sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmasında Mərkəzi Seçki Komissiyasının özü maraqlıdır. Biz bunu etməyə də bilərik. Buna Seçki Məcəlləsi də bizə imkan verir".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK