Parlament seçkiləri ilə bağlı iclas keçirilir

  18 Fevral 2020    Oxunub : 1236
Parlament seçkiləri ilə bağlı iclas keçirilir
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
Azvision.az xəbər verir ki, iclasda Milli Məclisə seçkilərlə bağlı komissiyaya daxil olan müraciətlərə baxılır.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Daxil olan digər müraciətlər isə baxılması üçün Dairə Seçki Komissiyalarına (DSK) geri göndərilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki