Könüllülük fəaliyyətinə dair sənədli film və fotosərgi hazırlanır

Könüllülük fəaliyyətinə dair sənədli film və fotosərgi hazırlanır
  18 Fevral 2020    Oxunub:1552
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sifarişi və təşkilati dəstəyi ilə Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır. Layihənin icrasını Bakı Media Mərkəzi həyata keçirir.
RİİB-dən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar RİİB ölkədə könüllülük hərəkatının genişləndirilməsi, könüllülərin fərdi inkişafı və faydalı məşğulluğunun təmin edilməsi, gənclərdə sosial məsuliyyət, vətənpərvərlik, dövlətçilik, humanizm dəyərlərinin möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlər və sosial layihələr reallaşdırır.



Sənədli film və fotosərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət-özəl sektor-vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə başlanan könüllülük hərəkatının Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı uğurlu gənclər siyasəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyması, gənclərin kreativlik, təşəbbüskarlıq, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə ölkəmizdə könüllülük fəaliyyətinə yeni nəfəs verməsi əksini tapacaq.



Eləcə də gənclərin ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” və digər irimiqyaslı tədbirlərdə, müxtəlif dövlət qurumlarında könüllü kimi fəaliyyətindən geniş bəhs olunacaq.

Azvision.az


Teqlər: RİİB  





Xəbər lenti