Gömrükdə it qaçaqmalçılığın qarşısını aldı

Gömrükdə it qaçaqmalçılığın qarşısını aldı
  18 Fevral 2020    Oxunub:2176
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21150" markalı avtomobil kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerində 6000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: Gömrük   Siqaret  





Xəbər lenti