Bir neçə dairə üzrə müraciətlər DSK-lara göndərilib - YENİLƏNİB

Bir neçə dairə üzrə müraciətlər DSK-lara göndərilib -  YENİLƏNİB
  17 Fevral 2020    Oxunub:2904
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar müraciətlərə baxılır.

Azvision.az xəbər verir ki, müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, 88 saylı Göyçay, 51 saylı Qusar, 42 saylı Sumqayıt ikinci, 41 saylı Sumqayıt birinci, 20 saylı Nərimanov ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən daxil olan müraciətlər müvafiq olaraq DSK-lara geri göndərilib.

A.Muxtarova əlavə edib ki, 16 saylı Yasamal ikinci, 73 saylı Lənkəran şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir şəhər dairə seçki komissiyaları ilə bağlı müraciətlər qanunla müəyyənləşmiş vaxtdan gec edildiyi üçün etibarsız sayılıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti