Cinayət törədən yeniyetmələr saxlanıldı
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində S.S. Axundov küçəsində yerləşən dönər satışı məntəqələrindən birindən 800 manat və bir ədəd dəyəri 900 manat olan qril aparatı oğurlayan şəxs də saxlanılıb. Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Nəsir İsmayılov tutulub. Araşdırma zamanı onun əvvəllər qeyd edilən dönər satışı məntəqəsində işlədiyi məlum olub.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Azvision.az