İki gündə 69 cinayətin üstü “isti izlər”lə açılıb

İki gündə 69 cinayətin üstü “isti izlər”lə açılıb
  17 Fevral 2020    Oxunub:1922
Respublikanın daxili işlər orqanları tərəfindən həftəsonu (15-16 fevral) törədilən 69 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DIN) Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.

Azvision.az








Teqlər: DİN   Cinayət  





Xəbər lenti