Koronavirusa yoluxanların sayı 70 mini ötüb

  17 Fevral 2020    Oxunub : 2028
Koronavirusa yoluxanların sayı 70 mini ötüb
Çində ötən sutka ərzində 2048 nəfər koronavirusun yeni növünə yoluxub, 105 nəfər bu virusdan ölüb. Ümumilikdə isə indiyədək Çində 70 min 637 nəfər virusa yoluxub, 1772 nəfər dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, hazırda virusa yoluxma şübhəsi olanların sayı 7264 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin və vəziyyəti ağır olan xəstələrin sayı 10 mini ötüb. Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 min nəfər müəyyən edilib, onlardan 150 mini həkim nəzarətinə alınıb.

Bundan əlavə, ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1933 nəfər) və ölüm (100 nəfər) halı Hubey vilayətində qeydə alınıb.

Azvision.az

Teqlər: Çin   Koronavirus