Bakıda qanunsuz aksiya cəhdinin qarşısı alınıb

  16 Fevral 2020    Oxunub : 2918
 Bakıda qanunsuz aksiya cəhdinin qarşısı alınıb
Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq, saat 15:00 radələrində Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının önünə toplaşmağa cəhd edib.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

Azvision.az

Teqlər: Polis   Aksiya