İlqar Məmmədov saxlanılmayıb - DİN təkzib etdi

  16 Fevral 2020    Oxunub : 3406
İlqar Məmmədov saxlanılmayıb - DİN təkzib etdi
"Bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiya ilə əlaqədar REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılması barədə yayılan məlumatlar reallığı əks etdirmir".
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

"Ola bilər, profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb. Bu da onların saxlanılması anlamına gəlməməlidir. Yeri gəlmişkən, xatırladım ki, razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq", - deyə DİN rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: DİN   İlqar-Məmmədov