“Paşinyan yalan danışır, mən elə söz deməmişəm” - Ayaz Mütəllibov
O bildirib ki, nə vaxtsa Xocalı soyqırımını azərbaycanlıların törətdiyini deməsi ilə bağlı iddialar tamamilə əsassızdır: “Ermənistan tərəfi daim bu məsələni müzakirəyə çıxarır. Amma belə iddia həm də gülməlidir. Təbii ki, Prezident İlham Əliyev debatda Paşinyana tamamilə doğru cavab verdi”.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Ermənistanın baş naziri Nikol Paşinyan Xocalı soyqırımı barədə danışarkən, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyini iddia etsə də, Prezident İlham Əliyev buna qətiyyətlə cavab verərək, onun iddialarının əsassız olduğunu bildirib.
Azvision.az
Teqlər: Paşinyan Ayaz-Mütəllibov