Bu gün şəhid olan hərbi qulluqçumuzun FOTOSU

  15 Fevral 2020    Oxunub : 7227
Bu gün şəhid olan hərbi qulluqçumuzun FOTOSU
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Düşmən tərəfindən açılan atəş nəticəsində ordumuzun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.
Azvision.az -ın məlumatına görə, 1990-cı il təvəllüdlü hərbi qulluqçu Seymur Ələsgərov Gəncə şəhəri, Kəpəz rayonunun sakini olub. Şəhidin cənazəsi sabah Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.



Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Şəhid