“Həmsədrlər izah etməlidirlər ki, Qarabağ Ermənistan deyil” - İlham Əliyev

  15 Fevral 2020    Oxunub : 3586
 “Həmsədrlər izah etməlidirlər ki, Qarabağ Ermənistan deyil” - İlham Əliyev
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb.
Azvision.az Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Qarabağ