“Çəkdiyimiz əziyyətlər yerə vurulmamalıdır” - Məzahir Pənahov

 “Çəkdiyimiz əziyyətlər yerə vurulmamalıdır” -  Məzahir Pənahov
  15 Fevral 2020    Oxunub:4380
Kimlərsə Mərkəzi Seçki Komissiyasının (MSK) və polisin fəaliyyətinə kölgə salmağa çalışır.
Azvision.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

“Mən inanmıram ki, hansısa Azərbayacan vətəndaşı bunu istəsin. Bizim çəkdiyimiz əziyyətlər yerə vurulmamalıdır. Biz şikayətçilərin tərəfindəyik. Heç kim sosial şəbəkələrdə yayılan məlumatların obyektiv araşdırılmasına şübhə etməsin. Şikayətçilər bizə əsas versinlər ki, müvafiq qərarlar qəbul edək”, - deyə MSK sədri vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti