Seçkilərlə bağlı 220-dən çox videogörüntü araşdırılıb

 Seçkilərlə bağlı 220-dən çox videogörüntü araşdırılıb
  15 Fevral 2020    Oxunub:2864
Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində faəliyyət göstərən Mətbuat qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.
Azvision.az xəbər verir ki, bunu MSK-nın üzvü Qabil Orucov deyib. O bildirib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb.

Q.Orucovun sözlərinə görə, artıq 220-dən çox vieogörüntünün araşdırılması başa çatıb. Bu görüntülər ümumilikdə 30 dairənin 116 məntəqəsini əhatə edir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Araşdırma  





Xəbər lenti