Naxçıvanda əhalinin 30,8 faizi gənclərdir

Naxçıvanda əhalinin 30,8 faizi gənclərdir
  15 Fevral 2020    Oxunub:2412
Naxçıvan Muxtar Respublikasında 2009-cu ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,3 nəfər olubsa, 2019-cu ildə bu göstərici 4,5 nəfər təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, qeydə alınmış bu göstərici ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı səviyyədədir. 1 yanvar 2020-ci il tarixə muxtar respublikada gənclərin sayı 141,6 min nəfərə çatıb ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əhali  





Xəbər lenti