Bakıda narkotik satan şəxslər saxlanıldı

Bakıda narkotik satan şəxslər saxlanıldı
  15 Fevral 2020    Oxunub:2930
Pirallahı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, əməliyyat zamanı saxlanılan, əvvəllər Cinayət Məcəllləsinin 177-ci maddəsi ilə məhkum olunan 1996-cı il təvəllüdlü Ə.E-nin mənzilindən 41,567 qram tiryək, 0,12 qram metafon, 400,912 qram marixuana aşkar olunaraq götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti rayon ərazisində narkotiklərinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi gecə saatlarında aşkarlayaraq, 43-cü Polis Bölməsinə təhvil veriblər. Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran, Mingəçevir şəhər sakini, əvvəllər CM-nin 331-ci maddəsi ilə məhkum olunan, 1992-ci il təvəllüdlü A.M-dan 1,189 qram heroin aşkar olunaraq götürülüb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Ələt qəsəbə sakini 1982-ci il təvəllüdlü E.İ-dən 0, 520 qram heroin, 0,777 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti