Azərbaycanda 130-dan çox bələdiyyə sədri cəzalandırılıb

  14 Fevral 2020    Oxunub : 2258
 Azərbaycanda 130-dan çox bələdiyyə sədri cəzalandırılıb
Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 2019-cu ildə 78 min 500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ötən il 2800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7000 hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Bundan əlavə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2019-cu il üzrə İllik Məruzə hazırlanaraq Milli Məclisə təqdim olunub.

Azvision.az

Teqlər: Bələdiyyə   Ədliyyə-Nazirliyi