2400-dən çox məhkuma elektron qolbaq tətbiq olunub

  14 Fevral 2020    Oxunub : 2234
 2400-dən çox məhkuma elektron qolbaq tətbiq olunub
Ötən il azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən geniş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2,5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 4,7 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Azvision.az

Teqlər: Ədliyyə-Nazirliyi