“Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması vacibdir” - Prezident (YENİLƏNİB)

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması vacibdir” -  Prezident (YENİLƏNİB)
  14 Fevral 2020    Oxunub:6935
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə dövlətimizin başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğuladı.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti