Küveyt Hava Yolları Azərbaycana uçuşlar həyata keçirəcək - YENİLƏNİB

 Küveyt Hava Yolları Azərbaycana uçuşlar həyata keçirəcək -  YENİLƏNİB
  14 Fevral 2020    Oxunub:4108
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi yüksək qiymətləndirildi və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi.

Söhbət zamanı Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və hökumətlərarası komissiyanın daha da fəallaşdırılmasının vacibliyi qeyd edildi.

Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Küveytdən Azərbaycana gələn turistlərin sayında əsaslı artımın müşahidə olunduğu vurğulandı, tezliklə Küveyt Hava Yollarının Azərbaycana uçuşlar həyata keçirəcəyi diqqətə çatdırıldı.

Söhbət zamanı, həmçinin ölkələrimizin OPEC+ çərçivəsində səmərəli əməkdaşlıq etdikləri bildirildi.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Munhen  





Xəbər lenti