Bakı metrosunda qadın qatar yoluna düşüb

Bakı metrosunda qadın qatar yoluna düşüb
  14 Fevral 2020    Oxunub:1914
Bakı metrosunda qadın sərnişin qatar yoluna düşüb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin (QSC) mətbuat katibi Bəxtiyar Məmmədov Azvision.az -a bildirib ki, hadisə "Memar Əcəmi" stansiyasında baş verib.

Onun sözlərinə görə, dərhal qatarların hərəkəti dayandırılıb: "Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Bu səbəbdən qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".

Azvision.az



Teqlər: Metro  





Xəbər lenti