Hava şəraitinə görə yollarda sürət həddi endirildi

 Hava şəraitinə görə yollarda sürət həddi endirildi
  14 Fevral 2020    Oxunub:2540
Bakı Nəqliyyat Agentliyi (BNA) hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

Azvision.az


Teqlər: Bakı   Yol  





Xəbər lenti