Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin olunub

  14 Fevral 2020    Oxunub : 2299
 Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin olunub
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.
Azvision.az xəbər verir ki, BŞİH-in başçısı Eldar Əzizovun müvafiq əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin olunub.

Daha əvvəl bu vəzifəni icra edən İsrafil Kərimov isə humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin edilib. İsrafil Kərimov məlumatı təsdiqləyib.

Qeyd edək ki, BŞİH-in yeni mətbuat katibi daha əvvəl Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: BŞİH   Təyinat