Bu dairələrlə bağlı şikayətlər DSK-lara göndərildi

Bu dairələrlə bağlı şikayətlər DSK-lara göndərildi
  13 Fevral 2020    Oxunub:2531
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə keçirilən seçkilərlə əlaqədar şikayətlərə baxılıb.
Azvision.az xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Suqmayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı, 15 saylı Yasamal birinci, 11 saylı Qaradağ, 60 saylı Salyan-Neftçala, 92 saylı Zərdab-Ucar seçki dairəsi ilə bağlı daxil olan müraciətlər müzakirəyə çıxarılıb.

Bütün müraciətlər baxılması üçün müvafiq Dairə Seçki Komissiyalarına göndərilib.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK  





Xəbər lenti