Prezident milli komandamızı təbrik etdi

  Prezident milli komandamızı təbrik etdi
  13 Fevral 2020    Oxunub:3859
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə milli komandamızın Avropa çempionatında möhtəşəm uğur qazanması münasibətilə özünün “Twitter” səhifəsində paylaşım edib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısının paylaşımında deyilir: “Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.



Xatırladaq ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamız tarixində ilk dəfə rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq komanda hesabında ikinci olub.

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti