Anası tərəfindən işgəncəyə məruz qalan uşaq nəzarətə götürüldü
Səfər zamanı məlum olub ki Dünyamalıyeva Könül Laçın rayon sakini Dünyamalıyev Rafiq ilə ailəli olub. Ailə münaqişəsi zəmnində himayədarlar arasında yaranan problemlər nəticəsində qadın digər az yaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir. Eyni zamanda, nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub. Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur. Uşaq köhnədən olan ləkə izlərinin anası tərəfindən edildiyini söyləyir.
Hal-hazırda müvafiq qurumlar tərəfindən faktla bağlı cinayət işi başlanılıb və araşdırma davam edir. Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hadisəni nəzarətdə saxlayır və adiyyatı üzrə işlər aparılır.
Xatırladaq ki, 2011-ci il təvəllüdlü T. Dünyamalızadənin atası polisə müraciət edərək oğlunun bud, çanaq, qol və əl nahiyələrindən qızmar şiş ilə dağlandığını bildirib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsiylə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Azvision.az