Milyonları mənimsəyən erməni polkovnikin cinayət əməli - Yeni faktlar üzə çıxdı

 Milyonları mənimsəyən erməni polkovnikin cinayət əməli -   Yeni faktlar üzə çıxdı
  12 Fevral 2020    Oxunub:2777
Ermənistanın Müdafiə Nazirliyində yeni bir qalmaqal başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələri Baş Qərargahının Hərbi Topoqrafiya İdarəsinin rəisi, polkovnik Artur Qalstyan haqqında yeni faktlar aşkar edilib.
Hazırda onunla bağlı istintaq aparılır. Belə ki, polkovnik Qalstyan 2018-2019-cu illərdə Müdafiə Nazirliyinə bir neçə naviqasiya cihazlarının alınması üçün iki mərhələli müsabiqə elan edib. İki mərhələdə keçirilən və qalib gələn şirkətlər bəzi hallarda rəqabətdən kənarda qalıblar.

Qalstyan yenidən Müdafiə Nazirliyinin ehtiyacları üçün daha bir tender elan edib ki, orada həyat yoldaşının bacısı Kristina Mesropyanın şirkəti “Qeoşin Qrup” iştirak edib və onunla təxminən 30 milyon dram dəyərində müqavilə bağlanıb.

Nəşrin yazdığına görə, polkovnik qeyd olunan məsələlərlə əlaqəsini rədd etsə də, nazirlik Qalstyanın qohumları vasitəsilə Müdafiə Nazirliyində bizneslə məşğul olmasından şübhələnir.

"Bir tenderdə arvadının bacısının şirkəti, digərində isə əmisi oğlunun şirkəti qalib gəlir. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır",- deyə “Joxovurd” yazıb.

Azvision.az


Teqlər: Erməni   Polkovnik  





Xəbər lenti