“PR Məktəbi” layihəsinə start verildi - FOTOLAR

  11 Fevral 2020    Oxunub : 1378
“PR Məktəbi” layihəsinə start verildi - FOTOLAR
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “PR Məktəbi” layihəsinə start verilib.
DMX-dan Azvision.az -a verilən məlumata görə, layihənin məqsədi İctimaiyyətlə Əlaqələr, Reklamçılıq, Digital marketing kimi əlaqəli sahələrə marağı olan gənclərə nəzəri və praktiki biliklər verməkdən ibarətdir. Layihənin ilk günü keçirilən təlim 2 hissədən ibarət olub.



Birinci hissədə biznes məsləhətçi-təlimçi İlham Əfəndiyev iştirakçılara effektiv digital PR haqqında məlumat verib. İkinci hissədə gənclər qruplara bölünərək təlimçinin tapşırığına əsasən kollektiv işlərini təqdim ediblər. 25 nəfərin iştirak etdiyi təlimlər 13 fevral tarixində başa çatacaq.





Azvision.az

Teqlər: DMX