Şahdağ Milli Parkında piyadaların yürüşü keçirilib

Şahdağ Milli Parkında piyadaların yürüşü keçirilib
  11 Fevral 2020    Oxunub:1962
“Təbiəti bizimlə birgə tanıyın” devizi altında Şahdağ Milli Parkının İsmayıllı bölməsində sərgi və piyada yürüşü təşkil olunub.
Azvision.az -ın məlumatına görə, Şamaxı, Qəbələ və İsmayıllıdan olan təbiətsevərlərin Cavanşir qalasına piyada yürüşündən sonra milli parkda nümayiş etdirilən sərgiyə baxış keçirilib.

Şahdağ Milli Parkının direktoru Akif Məmmədov jurnalistlərə bildirib ki, sərgidə ətraf kəndlərdə yaşayan əhali tərəfindən hazırlanmış milli parkın atributları əks olunan əl işləri və müxtəlif rəsmlər nümayiş etdirilib.

A.Məmmədov qeyd edib ki, Cavanşir qalasına yürüşün və sərginin təşkilində məqsəd bölgənin qədim tarixini təbliğ etmək, yerli əhalinin turizm xidmətləri sahəsində iştirakına şərait yaratmaq və Şahdağ Milli Parkına ekoturistlərin marağının artırılmasına nail olmaqdır.

Azvision.az



Teqlər: ETSN   Şahdağ  





Xəbər lenti