Qara görə yollara xüsusi texnikalar çıxarıldı

Qara görə yollara xüsusi texnikalar çıxarıldı
  11 Fevral 2020    Oxunub:2942
Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı çətinlik yaratmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, agentliyin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb:
"Buna baxmayaraq, buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb. Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik".

Azvision.az


Teqlər: Qar   Yol  





Xəbər lenti